Almaniyada hicab qadağasına “YOX” deyildi
Almaniya hökumətinin Miqrasiya və Qaçqınlar üzrə dövlət naziri Annet Uidman-Mauz 14 yaşdan kiçik müsəlman qızların hicab bağlamasına qadağa qoyulması planları barədə açıqlama verib.
ONN media İQNA-ya istinadən xəbər verir ki, o, Şimali Renn-Vestfalya əyalətində nəzərdə tutulan bu qadağanın konstitusiyaya zidd ola biləcəyini söyləyib:
“Bu addım məsələni həll etmir. Ailələrlə əlaqə yaratmalıyıq və qız uşaqlarını öz qərarlarını verəbiləcək vəziyyətə gələ bilməsi üçün gücləndirməliyik”.
Hökumətin Ayrı-seçkiliklə Mübarizə İdarəsinin rəhbəri Kristina Lüders də bu qərara qarşı çıxıb:
“Müsəlmanların bağladığı hicabın məktəblərdə qadağan edilməsini istəyənlər cəmiyyətlərin inteqrasiya məsələlərini bu formada həll edə bilməzlər. Əksinə, şagirdlər arasında ayrı-seçkiliyə səbəb ola bilər və onlarda təcrid olunma hissini gücləndirə bilərlər”.
