Ermənistanda 3 nəfər minaya düşüb
Ermənistanın Tavuş vilayətində 3 nəfər minaya düşüb.
ONN media APA-ya istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında Ayqepar kəndində baş verib.
Kəndin üç sakini göyərti yığarkən təsadüfən minaya düşüblər. Onlar müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
