Misir ordusu 27 terrorçunu zərərsizləşdirdi

Misir ordusu 27 terrorçunu zərərsizləşdirdi


Misir ordusu Sinay yarımadasının şimalında davam etdirdiyi antiterror əməliyyatı çərçivəsində son bir neçə gün ərzində 27 terrorçunu zərərsizləşdirib.

ONN media xəbər verir ki, daha 115 nəfər terrorçuluq fəaliyyəti ittihamı ilə saxlanılıb.

Qeyd olunur ki, “Sinay-2018” əməliyyatı bu ilin fevral ayında başlayıb. Əməliyyat müddətində 200-ə yaxın terrorçu məhv edilib, yüzlərlə şəxs saxlanılıb.

Bundan başqa, çoxlu sayda silah-sursat, partlayıcı maddə ələ keçirilib.

Geri qayıt