Qəzza zolağında aksiyalar səngimir - Ölənlərin sayı artdı

Qəzza Zolağında İsrail hərbçiləri fələstinlilərin təşkil etdiyi " Böyük Qayıdış" adlı yürüşə növbəti dəfə sərt müdaxilə edib.
ONN media-nın məlumatına görə,polis aksiya iştirakçılarını dağıtmaq üçün göz yaşardıcı qaz, rezin və döyüş güllələrindən istifadə edib. Nəticədə azı 2 nümayişçi həlak olub. 1000-ə qədər fələstinli xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağır olduğundan tələfatın artacağı istisna edilmir.
Qeyd edək ki, martın 30-da fələstinlilər Qəzza zolağında “Böyük Qayıdış" adlıyürüşə başlayıb.Aksiyanın mayın ortalarınadək davam edəcəyi bildirilir.