Türkiyədə etiraz aksiyaları keçiriləcək
Türkiyənin 81 vilayətində etiraz aksiyası keçiriləcək
Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) fövqəladə hal rejiminin uzadılmasına etiraz olaraq ölkənin bütün vilayətlərində eyni zamanda etiraz aksiyası keçirəcək.
ONN media xəbər verir ki, aksiyalar aprelin 16-ı, yerli vaxtla saat 12:00-da başlayacaq.
Qeyd edək ki, bir müddət əvvəl baş nazirin müavini Bekir Bozdağ fövqəladə hal rejiminin müddətinin uzadılacağını bildirmişdi.
