Çin elə silahlar aldı ki...

Çinin xalq-azadlıq ordusu yeni orta mənzilli ballistik raket kompleksləri ilə silahlanıb.
ONN media xəbər verir ki, bu barədə “China Military” məlumat yayıb.
Məlumata görə, yeni silahın raketləri həm nüvə, həm də adi başlıqları daşıya bilir.
Raket kompleksinin dəqiq modeli barədə məlumat verilməsə də,bəzi mənbələr onun orta mənzilli “DF-26” ballistik raket kompleksinin modifikasiya olunmuş variantı olduğunu bildirir.