İranda qum fırtınası olub- 2 mindən çox adam...

İranın Sistan və Bəlucistan əyalətini cənginə alan qum fırtınası nəticəsində 2 minə yaxın insan zərər çəkib.
ONN media xəbər verir ki, bu barədə əyalətin Böhran İdarəetməsi Departamentinin baş direktoru Məcid Mohebi bildirib.
“Sistan və Bəlucistanda tüğyan edən qasırğa və qum fırtınası nəticəsində 1 834 nəfər tibb müəssisələrinə müraciət etmək məcburiyyətində qalıb”, - o bildirib.
M.Mohebi xəsarət alanların vəziyyəti ilə bağlı ətraflı məlumat verməyib.