Nazirin avtomobil karvanı qəzaya düşdü-FOTO

Nazirin avtomobil karvanı qəzaya düşdü-FOTO


Türkiyənin daxili işlər naziri Süleyman Soylu avtomobil qəzası keçirib.

ONN media-nın Türkiyə mətbuatına istinadən məlumata görə, nazirin avtomobil karvanı Tekirdağ vilayətində qəzaya düşüb. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Bildirilir ki, hadisənin səbəbib karvanın keçdiyi yolda yük avtomobilinin sürücüsü idarəetməni itirib.

Xəsarət alanlar arasında nazir yoxdur. 

Geri qayıt