Təəccübləndirən kampaniya

Türkiyənin Muş vilayətinin Varto mahalında yaşayan Bayram Çetinkaya qəribə endirim kampaniyası ilə diqqət çəkib.
ONN media xəbər verir ki, mərmərdən məzar daşı hazırlayan Bayram Çetinkaya ölülərin yaxınlarına endirim edib.
Belə ki, o, 2017-ci ildə ölənlərin ailəsinə 20 faiz, ölməzdən əvvəl məzar daşı hazırlatdıranlara 50 faiz endirim edib.
O bildirib ki, qiymətlər 800 türk lirəsindən başlayır.