Türkiyə bu gəmiləri Qara dənizə buraxmayacaq

Türkiyə Montrö Konvensiyasını dəqiqliklə həyata keçirmək niyyətindədir.
ONN media xəbər verir ki, bu sözlər Türkiyə Müdafiə Nazirliyinin yaydığı açıqlamada əks olunub.
Bu müqavilənin bəndlərindən biri İstanbul və Çanaqqala boğazlarından hərbi gəmilərin buraxılmamasına imkan verir.
Beləliklə, Türkiyə Qara dənizə aid olmayan ölkələrin hərbi gəmilərini Qara dənizə buraxmayacağını bəyan edib.