Rusiya və ABŞ prezidentləri görüşəcək?
Rusiya prezidenti ABŞ prezidenti ilə görüşməyə hazırdır.
ONN media “RİA Novosti”-ə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Telefon söhbəti zamanı ABŞ prezidenti Vladimir Putini Ağ Evdə görməyə şad olacağını bildirib. Biz amerikalı həmkarlarımıza belə bir görüşün konkretləşdirilməsini istədiyimizi çatdırmışıq. Prezident Putin belə görüşə hazırdır”, - deyə Lavrov əlavə edib.
