Moskvada güclü qasırğada 1-i uşaq olmaqla 2 nəfər ölüb, 17 nəfər yaralanıb

Rusiyanın paytaxtı Moskvada güclü qasırğa səbəbindən 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
ONN media xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
"İlkin məlumatlara görə, qasırğa ziyansız ötüşməyib. 3-ü uşaq olmaqla 17 nəfər xəstəxanalara çatdırılıb. Təəssüf ki, 1 uşaq həyatını itirib. Yüzlərlə ağac qırılıb. Şəhər təsərrüfatı işçiləri qasırğanın nəticələrini aradan qaldırmağa başlayıblar”, - deyə Sobyanin qeyd edib.
Bildirək ki, Moskvada günorta saatlarından başlayan küləyin gücü saniyədə 17-22 metrə çatıb. Fövqəladə Hallar Xidmətinin məlumatına görə, qasırğa zamanı 1 kişi həyatını itirib. Evlər və avtomobillərə ziyan dəyib, yüzlərlə ağac qırılıb. Təhlükəsizlik, xilasetmə və digər xidmətlər gücləndirilmiş iş rejiminə keçib. Meteoroloqlar güclü küləyin sabah günortaya kimi davam edəcəyini bildirib.