Ermənistan prezidenti Nikol Paşinyanla görüşüb

Ermənistan prezidenti Armen Sarkisyan Yerəvandakı Respublika meydanında keçirilən etiraz aksiyasına gedərək müxalifət lideri Nikol Paşinyanla görüşüb.
ONN media xəbər verir ki, görüşdən sonra A.Sarkisyan etiraz edənlərlə dialoqa gəlinəcəyinə ümidvar olduğunu deyib.
Qeyd edək ki, Serj Sarkisyanın baş nazir olması ilə bağlı keçirilən etiraz aksiyaları aprelin 13-dən davam edir. Etirazlara baxmayaraq, aprelin 17-də Serj Sarkisyan parlamentdə keçirilən xüsusi iclasda bu posta təyin olunub.
Ölkə Konstitusiyasına edilən dəyişikliyə əsasən, Ermənistan parlament üsul idarəçiliyinə keçir və prezidentin səlahiyyətləri baş nazirə verilir.