Rusiyanın müdafiə naziri Çində

Rusiyanın müdafiə naziri Çində


Rusiyanın müdafiə naziri Sergey Şoyqu Çinin paytaxtı Pekinə səfər edib. 

ONN media xəbər verir ki, Rusiyalı nazir səfər çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrinin hərbi idarələrinin rəhbərləri ilə müşavirədə iştirak edəcək.

Toplantıda Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistanın müdafiə nazirləri beynəlxalq və regional təhlükəsizliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.

Tərəflər məsuliyyət zonasında yeni çağırışlar və təhlükələrə adekvat reaksiya üçün səylərin birləşdirilməsi üzrə ŞƏT-in birgə tədbirlərini müzakirə edəcəklər.

Geri qayıt