Ermənistan prezidenti hökumətin istefasını qəbul etdi

Ermənistan prezidenti Armen Sarkisyan bu gün hökumətin istefasını qəbul edib.
ONN media xəbər verir ki, bu barədə Ermənistan prezidentinin Mətbuat xidməti məlumat yayıb.
"Konstitusiyanın 13-cü maddəsinə əsaslanaraq, Ermənistan Respublikasının hökumətinin istefası qəbul edilsin", - prezidentin saytında yerləşdirilən sərəncamda deyilir.