Karaoke klubunda yanğın-ÖLƏNLƏR VAR

Çinin Quandonq əyalətinin Qinqyuan şəhərində faciə baş verib.
ONN media xəbər verir ki, karaoke klubunda baş verən yanğın nəticəsində ən azı 18 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Rəsmilər bildirir ki, yanğın qəsdən törədilib. 3 mərtəbəli binada baş verən yanğın insanların ölümünə səbəb olub. Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadası cəlb edilib.
Rəsmilər ölü sayının artacağını ehtimal edirlər.