Pakistanda 3 partlayış baş verib: 6 nəfər ölüb, 15 nəfər yaralanıb

Pakistanda 3 partlayış baş verib: 6 nəfər ölüb, 15 nəfər yaralanıb


Pakistanın Ketta şəhərində canlı bomba həyəcanı yaşanıb.

ONN media  xəbər verir ki, Ketta şəhərinin mərkəzində 3 canlı bomba partladılıb.

İlkin hesablamalara görə, 6 nəfər ölüb, 15 nəfər yaralanıb.

Ölü sayısının artacağı istisna edilmir.

Qeyd edək ki, partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Geri qayıt