Trampın bu hərəkəti yenə çox danışıldı

Trampın bu hərəkəti yenə çox danışıldı


ABŞ lideri Donald Tramp, növbəti dəfə öz hərəkəti ilə sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

ONN media xəbər verir ki, Tramp  mətbuat konfransında Fransalı həmkarı Emmanuel Makronun  kostuyumunun çiyninə yığılan saç kəpəyini təmizləyib.

“Sizin burada olmağınız bizim üçün böyük şərəfdir. Bizim ölkələr arasında xüsusi münasibətlər var. İcazə verin mən bu kəpəyi silim. Gərək hər şey qüsursuz olsun. Onsuzda hər şey qüsursuzdur”, - deyə Tramp bildirib.

Makron öz növbəsində onu isti qarşıladığına görə Trampa və Amerika xalqına təşəkkür edib.

Geri qayıt