Atışma baş verib - Yaralananlar var
ABŞ-ın Dallas şəhərində atışma olub.
ONN media xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Yaralananlar arasında iki polis əməkdaşı var.
Yerli polis idarəsinin "Tvitter"də yaydığı məlumata əsasən, yaralanan polislərin vəziyyəti kritikdir.
Yaralanan dinc sakinin vəziyyəti haqqında məlumat verilmir.
