BƏƏ beşinci dəfədir ki, ən böyük beynəlxalq donordur

ONN media xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri dövləti regional və beynəlxalq müstəvidə humanitar, eləcə də inkişafa istiqamətlənmiş yardımlara böyük əhəmiyyət verir. Qeyd etmək lazımdır ki, BƏƏ bu sahədə bir sıra uğurlar əldə etmişdir:
2017-ci ildə BƏƏ dövləti beşinci dəfə idi ki, ümummilli gəlirə nisbətdə Rəsmi İnkişaf Yardımı (RİY) sahəsində 1.31% ilə ən böyük beynəlxalq donorlar arasında birinci yeri tutmuşdur. Bu göstərici isə donor ölkələrinin səylərinin ölçülməsi üçün BMT tərəfindən təsis edilmiş qlobal standartın, yəni 0.7%-in iki qatı deməkdir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin açıqlamasına görə, ikinci yerdə 1.01% ilə İsveç, üçüncü yerdə 1% ilə Lüksemburq, dördüncü yerdə 0.99% ilə Norveç, beçinci yerdə 0.72% ilə Danimarka, altıncı yerdə 0.7% ilə Britaniya gəlir.
2017-ci ildə BƏƏ dövləti tərəfindən edilən rəsmi inkişaf yardımlarının ümumi məbləği 19.32 milyard dirhəm (5.26 milyard ABŞ dolları) həcmində olub ki, bu da, 2016-cı il ilə müqayisədə 18.1% artım deməkdir. Bu məbləğin böyük bir hissəsi (54%) dünyanın 147 ölkəsinə (40 minimal inkişaf göstəricisi olan ölkələr) geri qaytarılmayan qrantlar formasında verilmişdir. Asiya qitəsində yerləşən ölkələrə 43% yəni 8.28 milyard dirhəm məbləğində, Afrika qitəsinə isə 28% yəni 5.44 milyard milyard dirhəm məbləğində yardım edilmişdir.
2017-ci ildə edilmiş RİY-in 94%-dən çoxu inkişaf üçün yardıma yönəldilmişdir. Xüsusilə, ictimai proqramlara dəstək sektoruna edilən yardımlar 68%, yəni 12.38 milyard dirhəm təşkil etmiş və Yəmən, İordaniya, Mərakeş, Sudan, Fələstin, Serbiya kimi dövlətlərin ictimai
xərclərinin, inkişaf planlarının qarşılanması üçün və çoxsaylı inkişaf etməkdə olan ölkələrdə infrostruktur layihələrinin maliyyələşdirilməsinə tövhə verib. Regional humanitar yardımın artıq səviyyədə ayrılmasına baxmayaraq, BƏƏ dəstək təmin etmək məqsədi ilə lazımi maliyyə mənbələri ayırmaqla müxtəlif hadisə və böhranlara cavab verərək, qlobal şəkildə müxtəlif humanitar işlərə dəstək olmağa davam edir.
BƏƏ-nin Bakıdakı Səfirliyi BƏƏ Qırmızı Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Qırmızı Aypara Cəmiyyəti vasitəsi ilə bir sıra yardım proqramları həyata keçirir: bunların arasında ictimai, o cümlədən tibbi yardımlar, sosial proqramlar çərçivəsində ehtiyacı olan şəxslərə və xəstələrə yardımlar olunur. Bu yardımlar təkcə paytaxt Bakıda deyil, o cümlədən digər şəhərlərdə də həyata keçirilir. Səfirlik gələcəkdə də bu kimi köməkliklərin göstərilməsində səylərini davam etdirəcək.