Türkiyə ordusunun 1 əsgəri şəhid olub, 4-ü yaralanıb

Türkiyə ordusunun 1 əsgəri şəhid olub, 4-ü yaralanıb


Türkiyədə PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı 1 əsgər şəhid olub, daha 4 əsgər yaralanıb.

ONN media “Milliyet”ə istinadən verdiyi xəbərə görə, hadisə Diyarbəkir əyalətinin Lice rayonunda baş verib. Məlumata görə, əsgərlər terrorçular tərəfindən atəşə tutulub.

Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə yerindən qaçan terrorçuların yaxalanması üçün genişmiqyaslı əməliyyat başlayıb.

Geri qayıt