Terror aktı baş verib - 30-dan çox ölü
Malidə vəhabi terrorçuları tuareq tayfalarına ardıcıl iki hücum həyata keçirib.
ONN media xəbər verir ki, hadisə nəticəsində 30-dan çox dinc sakin ölüb.
Terrorçuların hücum etdiyi Menaka rayonunun qubernatoru Dauda Mayqa bildirib ki,hücumlar səhradakı uzaq kəndlərə törədilib.
Qeyd edək ki, yanvar ayında da Malidə mina partlaması nəticəsində 13 dinc sakin ölmüşdü.
