Nikol Paşinyan deputatlara söz verib

Ermənistanda etiraz aksiyalarının lideri Nikol Paşinyan Dövlət Dumasının deputatları ilə görüş zamanı bəyan edib ki, baş nazir seçilərsə Yerevanın Moskva ilə münasibətləri davam edəcək.
ONN media Lenta.ru-ya istinadla xəbər verir ki, bu haqda Paşinyan görüş zamanı bildirib:
“Yerevanın siyasətində Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatına üzv məsələsinə baxılmayacaq. Ermənistanın Rusiya ilə münasibətləri inkişaf edəcək”.