Sürücü avtomobilini piyadaların üzərinə sürüb
Böyük Britaniyada naməlum sürücü maşını piyadaların üzərinə sürüb.
ONN media xarici mediaya istinadən xəbər verir ki, hadisə Nyuport şəhərində baş verib.
İnsident nəticəsində 4 nəfər yaralanıb. Sürücü hadisə yerindən qaçıb. Sonradan onun avtomobili yandırılmış vəziyyətdə tapılıb.
Hazırda sürücü axtarılır.
