Avstriyada təyyarə qəzası - Ölənlər var

Avstriyada təyyarə qəzası - Ölənlər var


Avstriyanın qərbində yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

ONN media RİA Novosti agentliyinə istinadən xəbər verir ki, insident İnsbruk şəhər hava limanı yaxınlığında qeydə alınıb.

Qəza nəticəsində təyyarənin göyərtəsində olan 2 nəfər ölüb. Onların İsveçrə vətəndaşları olduğu bildirilir.

Qəzanın səbəbləri müəyyənləşdirilir.

Geri qayıt