ABŞ Ukraynaya “Javelin” kompleksləri göndərib

ABŞ istehsalı olan “Javelin” kompleksləri artıq Ukraynaya çatdırılıb.
ONN media xəbər verir ki, bu barədə ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi “RİA Novosti”yə açıqlama verib.
“Onları artıq Ukraynaya çatdırmışıq”, - deyə rəsmi məsələni ətraflı şərh etməkdən imtina edib.
Qeyd edək ki, ABŞ hökuməti 2017-ci ildə müxtəlif silahların o cümlədən, “Javelin” tank əleyhinə raket komplekslərinin Ukraynaya tədarükünü təsdiqləyib.
Kiyevin çoxsaylı səylərinə baxmayaraq, Trampdan əvvəl ABŞ-da hakimiyyətdə olmuş Obama administrasiyası adı çəkilən silahın Ukraynaya tədarükünə razılaşmırdı.