4,7 bal gücündə zəlzələ olub

Tacikistanın paytaxtı Düşənbə yaxınlığında 4,7 bal gücündə zəlzələ baş verib.
ONN media bildirir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yeraltı təkanların episentri Düşənbədən 151 km şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.