Hindistanda baş verən qəzada 6 nəfər ölüb, 10 nəfər xəsarət alıb

Hindistanda baş verən qəzada 6 nəfər ölüb, 10 nəfər xəsarət alıb


Hindistanın şimalında yerləşən Ximaçal-Pradeş ştatında  ağır nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media NDTV telekanalına istinadən xəbər verir ki, sərnişin avtobusu yük maşını ilə toqquşub. Nəticədə 6 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.

Hadisə yerində xilasetmə işləri aparılır. Qəzanın başvermə səbəbləri dəqiqləşdirilir.

Geri qayıt