Məscidə hücum edildi -24 ölü

Məscidə hücum edildi -24 ölü


Nigeriyanın şimal-şərqində yerləşən Mubi şəhərində terrorçular ardıcıl iki partlayış törədib.

ONN media BBC-yə istinadən xəbər verir ki, terror hücumu nəticəsində azı 24 nəfər həlak olub.

Terrorçu-kamikadzelərdən biri özünü məscidin içində partladıb, digəri isə yaxınlıqda yerləşən geyim dükanında partlayıcı kəmərini işə salıb. Ölənlərdən savayı onlarla insanın yaralandığı xəbər verilir.

Əsas şübhələr “Boko Haram” terrorçu qruplaşmasına yönəlib.

Geri qayıt