İslam ölkələri arasında GƏRGİNLİK

İslam ölkələri arasında GƏRGİNLİK


Qeyd edək ki, bu, Mərakeş və İran arasında baş verən ilk qalmaqal deyil

 Mərakeş İranla diplomatik əlaqələri kəsib. 

ONN media "Aljazeera" yə istinadən xəbər verir ki, bunu Mərakeş XİN rəhbəri Nasser Bourita bildirib.

Buna səbəb rəsmi Tehranın Qərbi Saharanın müstəqilliyini istəyən Polisario hərəkatını dəstəkləməsi olub. Bourita bəyan edib ki, İran Hizbullah vasitəsilə bu hərəkata yardım edib.

"Hizbullah Polisarioya öz hərbi məsləhətçilərini, silahlarını göndərib, onlara şəhər şəraitində döyüşməyə dair təlimlər keçib", — deyə nazir vurğulayıb.

Qeyd edək ki, bu, Mərakeş və İran arasında baş verən ilk qalmaqal deyil. Belə ki, Mərakeş 2009-cu ildə İranla diplomatik əlaqələri kəsib. 2014-cü ildə isə bu əlaqələr bərpa olunub.



 

Geri qayıt