Türkiyədə ardıcıl iki zəlzələ baş verib

Türkiyədə ardıcıl iki zəlzələ baş verib


Türkiyənin paytaxtı Ankara şəhəri yaxınlığında 4,0 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki,  bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 05:32-də qeydə alınan yeraltı təkanların episentri Ankaradan 145 km şimal-qərbdə, ocağı isə 5 km dərinlikdə yerləşib.

Eyni ərazidə 2 dəqiqə əvvəl 3,8 maqnitudalı təkan qeydə alınıb.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Geri qayıt