Məşhur modelin ŞAD GÜNÜ

Məşhur modelin ŞAD GÜNÜ


"Victoria's Secret" brendinin modeli, avstraliyalı Şanina Şeyk məşhur müğənni və bəstəkar Lenni Kravitsin qardaşı, "Dj Ruckus" kimi tanınan Qreq Endryusla ailə qurub.

ONN media TMZ-yə istinadən bildirir ki, toy aprelin 28-də Baham adalarında olsa da, Şanina fotoları dünən İnstagram-da paylaşıb.

Q.Endryus toyda xanımına 500 min dollarlıq "Lorraine Schwartz" üzüyü verib. Şanina "Ralph & Russo" brendinin əsəri olan 50 min dollarlıq gəlinlikdə idi.

Ş.Şeyk və N.Endryus 2015-ci ildə nişanlanmışdılar.

Geri qayıt