Türkiyədə yenidən zəlzələ baş verdi
Türkiyənin Qəhrəmanmaraş vilayətində 4,4 bal gücündə zəlzələ baş verib.
ONN media xəbər verir ki, bu barədə ölkənin Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.
Zəlzələnin ocağı 10,53 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
