Rusiyada dəhşətli qəza baş verdi
Rusiyanın Tver vilayətində ağır avtomobil qəzası baş verib.
ONN media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, Neva şossesində iki yük maşını, o cümlədən yanacaq tankeri toqquşub, nəqliyyatın hərəkəti dayandırılıb.
İlkin məlumata görə, bir nəfər xəsarət alıb.
