Rusiyada təyyarə sərt eniş etdi- YARALILAR VAR

Rusiyada təyyarə sərt eniş etdi- YARALILAR VAR
Rusiyanın Stavropol diyarında sərt eniş edən AN-2 təyyarəsinin göyərtəsində doqquz nəfər olub, onlardan dördü yaralanıb.

ONN media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi Teleqram kanalında məlumat yayıb.
"Hadisə zamanı təyyarədə aralarında 8 yaşlı uşaq da olmaqla, doqquz nəfər olub. Dörd nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib. Ölənlər yoxdur", - nazirlikdən bildirilib.
Hadisə yerində FHN-in 11 əməkdaşı və beş texnika işləyir.
Xatırladaq ki, ötən gün Rusiyada göyərtəsində 4 nəfərin olduğu Mi-2 helikopteri Kirov vilayətində sərt eniş edib. Hadisə zamanı 3 nəfər ölüb.
Geri qayıt