Erməni hərbiçi özünü asdı
İcevan hərbi polisinin intizam batalyonunda erməni hərbçinin meyiti tapılıb.
ONN media xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, meyiti tapılan hərbçi Ararat vilayətinin Abovyan kəndindən olan 19 yaşlı Narek Qriqoryandır.
Onun özünü asdığı bildirilir.
Ermənistan Müdafiə Nazirliyi hərbçinin ölümü barədə məlumatı təsdiqləyib
