Paytaxtda güclü yanğın oldu- 1000 EV KÜLƏ DÖNDÜ

Paytaxtda güclü yanğın oldu- 1000 EV KÜLƏ DÖNDÜ
Filippinin paytaxtı Manilanın gecəqondu rayonunda güclü yanğın baş verib.

ONN media xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Manila Yanğın Departamenti evlərdən birinin ikinci mərtəbəsində başladığı güman edilən yanğın zamanı 1000-ə yaxın evin yandığını bildirib.
Şəhərin Fövqəladə Hallar İdarəsinin yaydığı dron görüntülərində Manilanın İsla Putinq Bato kəndində evlərin kül olduğu görünür. Məlumata görə, yanan evlərdə 2000-ə yaxın ailə yaşayırmış.
Ölən və yaralananlar barədə məlumat verilmir
Geri qayıt