Kiyevdə Ukraynanın dövlət bayrağı endirildi
Kiyev şəhər administrasiyası əlverişsiz hava şəraiti nəticəsində parçasına dəyən ziyana görə “Ukraynanın əsas dövlət bayrağını” endirib.
ONN media xəbər verir ki, bu barədə Ukrayna paytaxtının hakimiyyət orqanları "Telegram"-da məlumat veriblər.
“Kiyevdə ölkənin əsas bayrağı müvəqqəti olaraq götürülüb. “Kiyevzelenstroy”un məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən bayraq zədələnib”, - məlumatda deyilir.
Bildirilir ki, ölçüsü 16x24 metr olan bayraq 24 saat ərzində dəyişdiriləcək
