Türkiyə müxalifəti namizədini AÇIQLADI

Türkiyə müxalifəti namizədini AÇIQLADI


Türkiyənin Cumhuriyyət Xalq Partiyası iyunun 24-də ölkədə baş tutacaq prezident seçkilərinə namizədini açıqlayıb. Partiya bu gün keçirilən iclasında Muharrem İncənin namizədliyini irəli sürüb.

ONN media xəbər verir ki, 54 yaşlı M.İnce 2014-cü ildən CHP-nin parlament qrupunun sədridir.

O, Yalova vilayətinin parlamentdəki təmsilçisidir. 

Bundan öncə, hakim Ədalət və İnkişaf Partiyası hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürmüşdü. 

Qeyd edək ki, Ərdoğan iyunun 24-də ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçiriləcəyini elan edib. 

Geri qayıt