DƏHŞƏTLİ QƏZA- Rusiyada iki yük qatarı toqquşdu

DƏHŞƏTLİ QƏZA- Rusiyada iki yük qatarı toqquşdu
Rusiyanın Baykal dəmir yolunda daş kömürü ilə dolu iki yük qatarı toqquşub.
ONN media xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğundan məlumat verilib.
Toqquşma nəticəsində qatarların birinin 35, digərinin isə 7 vaqonu relsdən çıxaraq aşıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Geri qayıt