Putin TŞ-ni toplayır: qapalı olacaq
Rusiya Prezidenti Vladimir Putin şənbə günü Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videobağlantı vasitəsilə görüş keçirəcək.
ONN media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Günün ortasında Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans vasitəsilə operativ görüşü planlaşdırılıb. Putinin qalan görüşləri qapalı olacaq”, - Peskov bildirib.
