Moldovadan Ermənistan şirkətinə qadağa

Moldovadan Ermənistan şirkətinə qadağa
Moldovanın İnfrastruktur və Regional İnkişaf Nazirliyi bir neçə ölkənin, o cümlədən Rusiyanın və Ermənistanın aviaşirkətlərinin fəaliyyətinə qadağa qoymağı təklif edir.
ONN media xəbər verir ki, bu barədə Moldova mediası yazıb.
Qadağa siyahısına aşağıdakı Rusiya aviaşirkətləri daxil olacaq: "Avrora", "Aviastar-TU", "İjaviası", "Yakutiya Aviaşirkəti", "RusJet", "YUT Aero", "Sibir", "Smartavia Aviaşirkəti", "İrAero", Ural Hava Yolları, ALROSA, NordStar, "RusLine", Yamal Hava Yolları, NordWind, "İkar", "iFly", "Pobeda", "Aeroflot", "Rusiya", SKOL, "Utair".
Eyni zamanda, Moldovanın “FlyOne” qrupuna daxil olan “FlyOne Armenia” aviaşirkətinin də fəaliyyəti qadağan olunacaq.
Nazirlik layihənin 9 yanvara qədər ictimai müzakirəyə çıxarılacağını bildirir
Geri qayıt