THY bu uçuşları ləğv etdi

Türk Hava Yolları (THY) aviaşirkəti İstanbulda davam edən əlverişsiz hava şəraiti səbəbindən bir sıra uçuşları ləğv edib.
ONN media xəbər verir ki, bu barədə THY məlumat yayıb.
“23 fevral 2025-ci il tarixində İstanbulda gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar İstanbul Hava Limanından qalxan və İstanbula gələn bəzi reyslər ləğv edilib. Bu çərçivədə uçuşları ləğv edilən sərnişinlərimizə əlavə hüquqlar verilib”, - məlumatda bildirilib.