Qəzza ilə bağlı yeni plan açıqlandı

Qəzza ilə bağlı yeni plan açıqlandı
Misir Ərəb Liqasının gələn həftə Qahirədə keçiriləcək sammitində Qəzza zolağının yenidən qurulması planını təqdim edəcək.
ONN media xəbər verir ki, bunu Misirin xarci işlər naziri Bədr Abdel Ati deyib.
“Planın hazırlanması tamamlandı. Nazirlər toplantısında və Ərəb Liqasının sammitində ərəb qardaşlarımıza təsdiq üçün təqdim olunacaq”, - nazir bildirib.
Misirin xarici işlər naziri əlavə edib ki, plan yalnız təsdiq edildikdən sonra istənilən xarici aktora təqdim edilə bilər.
Qeyd edək ki, Ərəb Liqasının Fələstin problemi ilə bağlı təcili iclası martın 4-də Qahirədə keçiriləcək.
Geri qayıt