Avtomobil dayanacağa çırpıldı: 11 yaralı
Tatarıstan Respublikasının Kazan şəhərində minik avtomobili avtobus dayanacağına çırpılıb.
ONN media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, avtomobilin dayanacağa çırpılması nəticəsində 11 nəfər yaralanıb.
“Yaralılardan 9-u xəstəxanaya çatdırılıb. İki nəfərə isə yerində yardım göstərilib”, - Tatarıstan Səhiyyə Nazirliyindən bildirilib.
