Ağ Ev açıqladı- TRAMP PUTİNLƏ DANIŞMAYIB!
ABŞ Prezidenti Donald Tramp martın 13-də Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışmayıb.
ONN media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
“Xeyr, Tramp danışmayıb. Putinlə Moskvada Stiv Uitkoff danışıb”, - o, müvafiq suala cavab verib.
Xatırladaq ki, bundan öncə Tramp “Truth” sosial şəbəkəsində Putinlə çox yaxşı və məhsuldar müzakirələr apardıqlarını yazmışdı
