Dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 1000-i keçdi
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb.
ONN media xəbər verir ki, Mandalaya gedən Myanma hərbi xuntasının lideri baş general Min Aunq Hlaynqa şəhərdəki vəziyyət barədə məlumat verilib. Ona 1002 nəfərin öldüyü, 2 min 376 nəfərin isə yaralandığı bildirilib.
