Myanmada dəhşətli zəlzələ: ölənlərin sayı 2900-ə çatır
Myanmada dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 2886-ya çatıb.
ONN media xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, yaralıların sayı isə 4639 nəfərdir.
Qeyd edək ki, martın 28-də Myanmada 7,7 bal gücündə dağıdıcı zəlzələ baş vermişdi.
