Dünyaca məşhur avtomobil markası minlərlə avtomobilini geri çağırdı
Dünyaca məşhur avtomobil şirkəti “Ford” 33 min avtomobilini təcili geri çağırıb.
ONN media xəbər verir ki, şirkət 2020-2022 “Ford Escape” və 2021-2023 “Ford Bronco Sport” model avtomobillərini geri çağırıb.
Avtomobillərin yanacaq injektorunda problem olduğu və bunun mühərrik ətrafındakı qazın alışmasına səbəb ola biləcəyi bildirilib.
Şirkət avtomobillərdəki problemləri düzəldəcəyini və hər bir avtomobilin güc aqreqatı idarəetmə modulunun proqram təminatını pulsuz olaraq yeniləyəcəyini açıqlayıb.
