Ukraynanın itkiləri açıqlandı

Ukraynanın itkiləri açıqlandı Rusiya müharibənin 1138-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 660 təyyarəsi, 283 helikopteri, 50 082 PUA-sı, 601 zenit-raket kompleksi, 22 701 tank və digər zirehli texnikası, 1 534 reaktiv yaylım atəş sistemi, 23 276 artilleriya və minaatanı, 33 714 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Geri qayıt